Əsəd əsgərləri Amerika bayrağını endirmək istədi, qarşıdurma yarandı

Əsəd əsgərləri Amerika bayrağını endirmək istədi, qarşıdurma yarandı backend

Suriyanın Qamışlı bölgəsində Əsəd rejimi qüvvələri Amerika bayrağını endirməyə çalışıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, gərginlik qarşıdurmaya çevrilib, 1 rejim əsgəri öldürülüb.

Əsəd rejiminə sadiq qüvvələr Amerikanın zirehli maşınını daşlayıblar.

Həmin vaxt bir suriyalı Amerika bayrağını endirməyə çalışıb. O, amerikalı əsgərlər tərəfindən vurulub. Qarşıdurma şiddətlənərkən Amerika döyüş təyyarələri havaya qaldırılıb və rejimə aid 2 əsgəri mövqe yerlə yeksan edilib.