Türkiyə bayrağını cıran yunan deputat Yoannis Laqosun cəzası müəyyənləşib.
Axar.az Yeniakit-ə istinadən xəbər verir ki, deputata ödənişin dayandırılması və 4 gün ərzində parlamentin işindən kənarlaşdırılması ilə bağlı qərar verilib.Qeyd edək ki, Yunanıstan Qızıl Şəfəq Partiyasının sabiq üzvü, radikal sağçı millət vəkili Yoannis Laqos Avropa Parlamentində çıxışı zamanı Türkiyə bayrağını cırmışdı.