Razılaşma pozuldu, kritik dövrə start verildi - Sisi

Razılaşma pozuldu, kritik dövrə start verildi - Sisi backend

Region ölkələri Liviya ilə bağlı Berlində əldə olunan bütün razılaşmaları pozublar.

Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib. O, region ölkələrinin hələ də Liviyaya silah tədarükü və muzdlu göndərdiklərini bildirib:

“Liviyanın işlərinə xarici müdaxilə təhdid doğurur, amma bu təhdidin sərhədləri Liviya ilə məhdudlaşmır”.

Sisi hazırda Liviya böhranının kritik mərhələsinə start verildiyini deyib.