Çavuşoğlu: Rusiya ilə birgə nəzarəti ələ alacağıq

Çavuşoğlu: Rusiya ilə birgə nəzarəti ələ alacağıq backend

İdlibdə Əsəd ordusunun hücumları artdığı üçün Rusiya ilə birgə bölgədəki vəziyyətə yenidən nəzarət edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“İdlibdə vəziyyət çox gərgindir. Əsəd ordusunun hücumları nəticəsində çox sayda insan evini tərk etmək məcburiyyətində qalıb. Rejim gücləri bizim də əsgərlərimizə hücum edib və bunun da cavabını artıqlaması ilə alıb. Hər şeyə baxmayaraq, biz İdlibdəki insan ölümlərinin qarşısını almaq üçün nə lazımdırsa, etməyə hazırıq”, - Çavuşoğlu bildirib.