Əsəd Rusiyasız 1 həftə hakimiyyətdə qala bilməz – ABŞ

Əsəd Rusiyasız 1 həftə hakimiyyətdə qala bilməz – ABŞ backend

Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın yardımı olmadan bir həftə belə hakimiyyətdə qala bilməz.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O, Moskvanı Suriya siyasətini dəyişməyə çağırıb.

Cefri Moskvanın BMT, ABŞ və digər ölkələrin tələblərini icra etməsini istəyib. Diplomatın sözlərinə görə, Rusiya, həmçinin, İran hərbçilərinin regiondan getməsinə yardım etməlidir.