Fransada koronavirusa qarşı peyvənd hazırlanacaq.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pasteur İnstitutunun professoru Kristof Denfert jurnalistlərə bildirib.O qeyd edib ki, peyvəndi 20 ay ərzində əldə etmək mümkün olacaq.
Xatırladaq ki, Çində koronovirusdan ölənlərin sayı 213-ə, virusa yoluxanların sayı isə 9692-yə çatıb. Virusa yoluxma halları artıq 20-yə yaxın ölkədə qeydə alınıb.