Astana və Soçi razılaşmaları çərçivələrində yaradılan müşahidə məntəqələrimiz istənilən təxribata adekvat cavab verəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Əsəd rejiminin İdlibin Məarrat ən-Numan mahalını mühasirəyə alması ilə bağlı açıqlamasında deyilib.Açıqlamada bildirilib ki, Əsəd rejimi dinc əhaliyə terror tətbiq etməkdə davam edir.
Qeyd edək ki, Əsəd rejimi İdlibin ən böyük mahalı Məarrat ən-Numanın mərkəzini mühasirəyə alıb.