Pentaqonun Perspektivli Tədqiqat Proqramları İdarəsi ekstremal şəraitdə işləmək qabiliyyətinə malik ən yaxşı robot istehsalçılarını müəyyənləşdirmək üçün Kaliforniyada müsabiqə keçirir.
QAZILER.AZ saytı Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, müsabiqədə 23 komanda iştirak edir.
Onlar qısa vaxt ərzində xeyli sayda mürəkkəb tapşırıqları yerinə yetirməlidirlər.
Müsabiqənin qalibinə 3,5 milyon dollar həcmində qrant veriləcək.