Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 406-ya çatıb

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 406-ya çatıb backend

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 406-ya çatıb, daha 36 nəfər isə itkin düşmüş hesab edilir.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, qəza qurbanlarından ən kiçiyinin 3 yaşlı qız, ən yaşlısının isə 80 yaşlı kişi olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb.

Qeyd edək ki, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində ümumilikdə 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.

İyunun 7-də gəminin yaxınlığında qurbanların yaxınlarının və xilasedicilərin iştirakı ilə anım mərasimi keçiriləcək.
Diaspora