Bağdadda yenidən etiraz aksiyası keçirilib.
Axar.az xəbər verir ki, “Əl Sumariya” televiziyası etirazçıların ABŞ-ın ölkədəki hərbi mövcudluğunun dayandırılmasını tələb etdikləri haqda informasiya yayıb.Etirazlar zamanı vətənpərvər şüarlar səsləndirilib.
Qeyd edək ki, bundan öncə şiə lideri Müqtəda əs-Sədr insanları ABŞ-ın hərbi mövcudluğuna qarşı etirazlara səsləmişdi.