Avstraliyada nəhəng qum fırtınası bir şəhəri “uddu”

Avstraliyada nəhəng qum fırtınası bir şəhəri “uddu” backend

Aylardır söndürülməyən yanğınların ardından sel və dolu fəlakətinin öhdəsindən gəlməyə çalışan Avstraliyanı bu dəfə də qum fırtınası vurdu

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Avstraliyanın Dubbo şəhərində və ətrafında müşahidə olunan nəhəng qum fırtınası bölgədə günəşin qarşısını kəsərək həyatı iflic halına salıb. Səlahiyyətli şəxslərin verdiyi xəbərə görə, qum fırtınasına bölgədəki siddətli yağış və küləkli havanın səbəb olduğunu bildiriblər.

Avstraliyanın meteoroloji bürosu bazar günü axşam bir sıra şiddətli fırtına xəbərdarlıqları edib. Bu gün meydana gələn fırtına isə böyük toz buludları yaradıb. Meteorologiya Bürosu, toz fırtınalarının sürətinin 94 km-ə qədər artdığını və sonra zirvəyə qalxaraq 107 km-ə çatdığını bildirdi.