ABŞ: İraqdan çıxmaq fikrimiz yoxdur

ABŞ: İraqdan çıxmaq fikrimiz yoxdur backend

ABŞ İraqdan qoşunlarını çıxarmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin köməkçisi Conatan Hofman deyib.

“Hazırda bizim İraqdan qoşunları çıxarmaq planımız yoxdur. Vaşinqton suveren və çiçəklənən İraqın dostu olmağı arzulayır. ABŞ-ın İraqdakı qoşunları xeyir qüvvəsidir”, – deyə o bildirib.