Somalidə türklərə silahlı hücum - Yaralılar var

Somalidə türklərə silahlı hücum - Yaralılar var backend

Somalidə Türkiyə inşaat şirkətində çalışanlara qarşı bombalı maşınla hücum edilib

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Somalinin paytaxtı Moqadişindən 30 km aralıda təşkil edilən silahlı hücumda türk inşaatçılar hədəfə alınıb. Belə ki, bomba qoyulmuş avtomobil türklərin yemək yediyi restorana girib.

Türkiyənin Moqadişidəki səfiri Mehmet Yılmaz ilkin məlumatlara görə, hücum zamanı ölənlərin olmadığını, bir neçə nəfərin yaralılandığını bildirib.

Yaralanan 11 nəfərdən 3-ü türkdür. Onlar xəstəxanaya çatdırılıblar.