Almaniya Kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfər edəcək və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert brifinqdə məlumat verib.“Kansler Davosa səfərini başa çatdırdıqdan sonra cümə günü, yanvarın 24-də İstanbula gedəcək, orada Türkiyə Prezidenti Ərdoğanla danışıqlar olacaq”, - deyə Zaybert bildirib.
Onun sözlərinə görə, Merkelin səfər proqramına Ərdoğanla birlikdə Almaniya-Türkiyə Universitetinin yeni kampusunun açılışı, biznes və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər daxildir.