Misirin hökumət orqanları Anadolu informasiya agentliyinin əməkdaşlarından birini sərbəst buraxıb

Misirin hökumət orqanları Anadolu informasiya agentliyinin əməkdaşlarından birini sərbəst buraxıb backend

Misirin hökumət orqanları Anadolu informasiya agentliyinin əməkdaşlarından birini azad edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, agentliyin Qahirədə həbs edilən dörd əməkdaşından biri – Hilmi Balçı sərbəst buraxılıb.

Xatırladaq ki, yanvarın 14-də axşam saatlarında Misir polisi Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparıb və agentliyin dörd əməkdaşını həbs edib. Agentliyin əməkdaşları naməlum istiqamətə aparılıb.

Türkiyəli həmkarları ilə həmrəylik nümayiş etdirən AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin jurnalistlərinə qarşı bu hərəkətini yolverilməz hesab edir və həbs olunan əməkdaşların dərhal azadlığa buraxılmasını tələb edir.