Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir

Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir backend

Bütün müəssisələr özlərinin real sahiblərinin adlarını açıqlamalıdırlar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

O, bu xəbərdarlığının təkcə ənənəvi biznes sahiblərinə yox, həm də KİV-lərə aid olduğunu bildirib.

İclasda çıxış edən ədliyyə naziri Rüstəm Badasyan ilkin mərhələdə bu tələbin dağ-mədən şirkətlərinə aid ediləcəyini bildirib. O, bu şirkətlərin 10% və daha çox səhmə malik olan fiziki şəxslər barədə məlumatları dövlətə verməli olduğunu bildirib.

Qeyd edək ki, Paşinyan ilyarımdan çox hakimiyyətdə olsa da, ölkədə keçmiş hakimiyyət nümayəndələrinin biznesə və KİV-ə nəzarəti problemini hələ də həll edə bilməyib. Xüsusilə, Qarabağ klanının KİV-lərə müxtəlif formada təsirini Paşinyan özü üçün təhdid hesab edir.