Polşa ABŞ-dan F-35 alacaq – Yeni müqavilə

Polşa ABŞ-dan F-35 alacaq – Yeni müqavilə backend

Polşa hakimiyyəti yanvarın sonunda ABŞ-la F-35-lərin tədarüküylə bağlı müqavilə imzalamağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Polşa Müdafiə naziri Mariuş Blaşak deyib. O, Polşanın ABŞ-dan 32 ədəd F-35 təyyarəsi almağı nəzərdə tutduğunu bildirib:

“Biz danışıqları bitirmişik. Yalnız kiçik prosedur məsələləri qalıb. Əminəm ki, bu ay ABŞ-la razılaşma imzalayacağıq”.