Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində çıxarılmış ölüm hökmü ləğv edilib

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində çıxarılmış ölüm hökmü ləğv edilib backend

Pakistanın 12-ci prezidenti general Pərviz Müşərrəf barəsində çıxarılmış ölüm hökmü ləğv edilib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Lahor Ali Məhkəməsi sabiq prezident barəsində çıxarılan hökmün qeyri-konstitusional olduğunu irəli sürərək onun ləğvinə qərar verib.

Qeyd edək ki, 2001-2008-ci illərdə ölkəyə rəhbərlik etmiş P.Müşərrəf barəsində ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P.Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.