Almaniyanın Münxen şəhərində G7 ölkələrinin samitinə qarşı ilk iri miqyaslı etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, şəhər polisini bildirir ki, aksiyada 34 mindən artıq insan iştrak edib.
Aksiya “TTİP (Aİ və ABŞ arasında sərmayə və ticarət sahəsində Transatlantik razılaşma)Dayan – İqlimi xilas edək - yoxsulluqla mübarizə” devizi altında keçirilib.Bundan əlavə demonstrantlar Aİ və ABŞ arasında azad ticarət zonasının yaradılması barədə planlaşdırılan razılaşmanı tənqid ediblər.
Qeyd edək ki, G7 sammiti 7-8 iyunda Bavariyanın Elmau qəsrində keçiriləcək. Sammitdə Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya iştrak edir.