Prezidentlərin görüşü oldu - razılaşmaya ümid var

Prezidentlərin görüşü oldu - razılaşmaya ümid var backend

“Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Moskvada Vladimir Putinlə görüşü konstruktiv keçib”.

“Censor.net.ua” saytının verdiyi məlumata görə, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert bildirib.

“Alman dalğası”na açıqlama verən Ş. Zaybert deyib ki, tezliklə Donbassdakı münaqişənin nizamlanması ilə bağlı Merkel və Ollandın təkliflərindən ibarət “mümkün müştərək sənəd” hazırlanacaq, ora Poroşenko və Putinin də təklifləri əlavə olunacaq. Onun sözlərinə görə, 2014-cü ilin sentyabrında Minskdə imzalanmış razılaşmanın müddəaları da bu sənəddə yer alacaq.
Diaspora