Pakistanda məsciddə törədilən partlayış nəticəsində 15 adam həyatını itirib

Pakistanda məsciddə törədilən partlayış nəticəsində 15 adam həyatını itirib backend

Ötən gecə Pakistanın Kvetta şəhərinin Qusabad rayonundakı məsciddə törədilən partlayış nəticəsində, son məlumata görə, 15 adam həyatını itirib, 20 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlər arasında şəhər polisi rəhbərinin müavini də var.

Partlayış baş verən ərazi mühasirəyə alınıb, qanlı hadisənin səbəbləri araşdırılır. Məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.