Meksikada iyunun 7-də keçiriləcək ara seçkiləri ərəfəsində başlayan etiraz aksiyaları dünən də davam edib. Oaxaka və Qerrero ştatlarında müxalifət tərəfdarları boykot çağırışı ilə küçələrə çıxıb. Aksiya işirakçıların hökumətin təhsil siyasətinə etiraz edirlər. Onlar bir neçə ay əvvəl itkin düşmüş 43 tələbənin aqibətinin araşdırılmasını da tələb ediblər.
Nümayişçilərin əksəriyyətini radikal yönümlü həmkarlar ittifaqının üzvü olan müəllimlər təşkil edib. Aksiya zamanı polislə toqquşmalar qeydə alınıb.Burada müəllimlər seçki məntəqələrinə hücum edərək, seçki bülletenlərini və digər seçki materiallarını yandırıblar.