Çində Yantsızı çayında qəzaya uğrayan "Şərq ulduzu" teploxodunun sərnişin və heyət üzvlərindən daha 7 nəfərin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb. Bununla da, qəza nəticəsində həlak olanların sayı 82-ə çatıb.
Son üç sutka ərzində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 14 nəfər xilas edilib. İtkin düşən 360 nəfər arasında sağ qalanların tapılması ehtimalı isə çox azdır.Hazırda xilasedicilər itkin düşənlərin axtarışını sürətləndirmək üçün gəmini sudan çıxartmağa çalışırlar. Bu gün səhər saatlarınadək gəminin korpusunu 90 dərəcə çevirmək mümkün olub, teploxodun göyərtəsi görünməyə başlayıb.