Estoniya prezidenti ona hədiyyə edilən Krım şərabını geri qaytardı

Estoniya prezidenti ona hədiyyə edilən Krım şərabını geri qaytardı backend

Estoniya Prezidenti Kersti Kalyulayd Krımda istehsal olunan və ona hədiyyə olaraq verilən şərabı qəbul etməkdən imtina edib.

Qaziler.az bildirir ki, bu barədə Eesti Ekspress məlumat verib.

Şərab butılkası prezidentə Rusiya səfirliyi tərəfindən təqdim olunub. İçkidən başqa, Estoniya prezidentinə gül buketi və şokolad da göndərilib. Dövlət başçısı digər hədiyyələri qəbul etsə də Krım şərabını sonradan prezidentin dəftərxanasına geri qaytarıb.