İran Birləşmiş Ştatlara öz ordusunu Yaxın Şərqdən çıxarmayacağı halda “ikinci Vyetnam“ vəd edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yanvarın 3-də Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" xüsusi qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin dəfn mərasimində söyləyib.“Amerikalılar çox böyük axmaqlıq törətdilər və əgər "ikinci Vyetnam" istəmirlərsə indi regionu tərk etməlidirlər“, - deyə Vilayəti bildirib. O, əlavə edib ki, ABŞ həmişə İran və müttəfiqləri tərəfindən məğlub edilib.