ABŞ Putinin II Dünya Müharibəsinin günahkarları ilə bağlı fikrinə cavab verdi

ABŞ Putinin II Dünya Müharibəsinin günahkarları ilə bağlı fikrinə cavab verdi backend

ABŞ-ın Polşadakı səfiri Corrdcet Mosbaxer hesab edir ki, III Reyxin füreri Adolf Hitler və SSRİ-nin lideri İosif Stalin II dünya Müharibəsinin əsas günahkarlarıdır.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, bu barədə özünün Twitter səhifəsində yazıb.

"Hörmətli prezident Putin, məhz Hitler və Stalin II Dünya Müharibəsinə başlamaq haqda razılığa gəlmişdilər. Bu faktdır. Polşa isə bu dəhşətli münaqişənin qurbanı oldu" -, deyə diplomat Rusiya liderinin nasist Almaniyası ilə Polşanın münasibətləri ilə bağlı fikrinə cavab verib.