ABŞ-ın Suriya və İraqdakı hücumları terror aktıdır və bölgəni dərhal tərk etməsini istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib."ABŞ-ın İraqın təhlükəsizlik qüvvələrinə hücumu terrorun birbaşa sübutudur. Tehran bunu qınayır", - Musəvi deyib.
Qeyd edək ki, ötən gün ABŞ Kərkük yaxınlığındakı hərbi bazasına edilən hücuma qarşılıq olaraq İraq və Suriyada Hizbullahın mövqelərinə zərbələr endirib.