Ukrayna mətbuatının yaydığı xəbərlərdə bildirilir ki, bu gün Rusiyaya bağlı olan separatçılar 76 əsiri azad ediblər.
Ukrayna prezidentinin ofisi bu xəbəri rəsmən təsdiqləyib. Azadlığa qovuşan əsirlərin hamısının adı açıqlanıb.ABŞ-ın Ukraynadakı səfəri əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi prosesini alqışladığını bildirib. O, vurğulayıb ki, Rusiyanın aqressiv siyasəti Ukraynanı çətin vəziyyətə qoyub və o, Ukraynanın tərəfindədir.
Avropa Birliyi də baş tutan bu prosesi dəstəklədiyini bilidirb.
Tezliklə azad olunmuş ukraynalı əsirlər Kiyevdəki “Borispol” hava limanına gətiriləcək.
musavat.com