Şimali Koreya yeni gəmi əleyhinə müasir raket kompleksi hazırlayıb və sınaqdan keçirib.
Yeni silah avtomatik olaraq hədəfə tuşlanır və lazım olan obyekti məhv edir. Şimali Koreya lideri Kim Çen Inın təlimlərdə şəxsən iştirak etdiyi bildirilib.Gəmi əleyhinə müasir raket kompleksi alimlər, mühəndislər və hərbi sənayenin fəhlə sinifinin birgə əməyi sahəsində ərsəyə gəlib.
Raketin sınaqları Şimali Koreya Hərbi Dəniz Flotunun iştirakı ilə Yapon dənizinin sahilində keçirilib. Ancaq Şimali Koreya KİV-i bu sınaqların nə vaxt keçirildiyini dəqiqləşdirə bilməyib.
Kim Çen Inın yeni raket kompleksinin hazırlamasından məmnun qaldığı deyilir. Yeni hərbi texnika hədəfi tanıması və hədəfə dəqiq zərbə endirmək funksiyaları ilə diqqət çəkir.