Moskvada Stalinə aid olduğu ehtimal edilən avtomobil oğurlanıb

Moskvada Stalinə aid olduğu ehtimal edilən avtomobil oğurlanıb backend

Rusiyanın paytaxtında İosif Stalinə aid olduğu ehtimal edilən ZİS avtomobili oğurlanıb.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, naməlum şəxslər gecə saatlarında Moskva şəhərinin Novosxodnensk şosesində qarajda saxlanılan avtomobili oğurlayaraq naməlum istiqamətə qaçırıb. Hazırda cinayətkarların axtarışı və saxlanılması istiqamətində tədbirlər görülür.

KİV-lərin məlumatına görə, raritet avtomobilin təxmini qiyməti 2,5 milyon avro dəyərində qiymətləndirilir.