Daha 7 ölkədə “Apple Watch” saatlarının satışı başlayır

Daha 7 ölkədə “Apple Watch” saatlarının satışı başlayır backend

ABŞ-ın “Apple” şirkəti iyunun 26-dan etibarən özünün “Apple Watch” smart-saatlarının daha 7 ölkədə satışına başlayacaq. QAZİLER.AZ saytı xəbər verir, İKT.lent-az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, həmin gün “ağıllı saat”ların İtaliya, Meksika, Sinqapur, Cənubi Koreya, İspaniya, İsveçrə və Tayvanda onlayn-mağazalarda və “Apple” şirkətinin mağazalarında satışına başlanacaq.


Xatırladaq ki, aprelin 24-də ABŞ korporasiyası “Apple Watch”un ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Almaniya, Honkonq, Çin, Fransa və Yaponiyada satışına start verib.

Mayın 11-də məlum olub ki, hakerlərdən biri “Apple Watch” saatlarını sındıra və ora veb-brauzer yerləşdirə bilib.
Diaspora