Ərdoğan bu ölkəyə ordu yeridir: İndi Haftar düşünsün

Ərdoğan bu ölkəyə ordu yeridir: İndi Haftar düşünsün backend

Bizdən Liviyaya hərbi qüvvə gönədərəcəyimiz barədə soruşurlar. Biz dəvət edilən hər yerə gedirik. İndi də belə bir dəvət var, gedəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, parlament işə başlayanda gündəmə gətiriləcək ilk məsələ Liviyaya hərbi qüvvənin göndərilməsi ilə bağlı olacaq:

“Bütün fəaliyyətlərimiz bu istiqamətdə gedir, məsələni parlamentdə müzakirə edəcəyik.

Liviya bizə həm Osmanlının, həm də Mustafa Kamal Atatürkün yadigarıdır. Liviya bizə dənizdən qonşudur, çoxtərəfli əməkdaşlığımız var”.

Türkiyə prezidenti Rusiya və ABŞ-la Suriyaya dair əldə edilmiş anlaşmanın yerinə yetirilməməsinə də diqqət çəkib:

“Bəzi ölkələr terrorçuların Türkiyə sərhədlərindən 30 kilometr geri çəkiləcəyini dedi. Amma vədlərini yerinə yetirmədilər”.

Qaziler.az Türkiyə mətbuatına istinadən Ərdoğanın çıxışından hazırlanan videomaterialı təqdim edir: