İlanların ən zəhərli növü olan kobra onu öpən adamı dodağından dişlədi
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, cənubi Hindistanın Bhadravathi şəhərində bir nəfər ilanın tutulması üçün kömək istəyib.Yardım üçün gələn şəxs ilanı çox asanlıqla tutub və oraya toplaşan insanların diqqətini daha artıq çəkmək üçün ilanla oynamağa başlayıb.
Kobranı öpməyə çalışan qorxmaz adam ilanın onun dodağını çalmasından çaşıb. Dodağı qanayan ilan ovçusu sürünəni bir torbaya qoyaraq meşəyə buraxıb. Digər tərəfdən xəstəxanaya aparılan həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Qaziler.az hadisənin videogörüntülərini təqdim edir: