Rusiyanın hərbi texnikası gündən-günə çürüməkdədir, çünki Kremlin yeni texnologiyalar almaq imkanı yoxdur. Köhnə sovet silahlarını saz vəziyyətdə saxlamaq üçün isə vəsait çatmır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Popular Mechanics” jurnalında qeyd olunub.Jurnal 2019-cu ildə Rusiya hərbi sənayesində baş verən qəzalara diqqət çəkib. Burada “Tu-22M3” raketdaşıyıcı bombardmançı təyyarənin qəza enişini, Rusiyanın yeganə təyyarədaşıyıcı gəmisi sayılan “Admiral Kuznetsov”da baş verən yanğına, Krımda “PD-16” üzən qurğunun batmasına, “A-31 Loşarik” tipli yeraltı hərbi stansiyada baş verən fəlakətə və “Tu-22M3” təyyarəsinin Murmanskda yerə düşməsinə diqqət çəkilib.
Qeyd olunur ki, bu ilin oktyabr ayında “Business İnsider” saytı NATO təlimlərini müşahidə etmək üçün üzən Rusiya gəmilərinin təmir və yedəkləmə texnikası ilə yola çıxmasını da ölkənin hərbi donanmasının hansı gündə olduğunu göstərdiyini yazmışdı.
2018-ci ilin oktyabrında isə “Mil.Press FLOT” saytı “K-141 Kursk” sualtı qayığının partlayış nəticəsində batmasından 18 il sonra belə Rusiya donanmasının bu cür fəlakətlərin qarşısını ala biləcək və ya dənizçiləri xilas edəcək operativ imkanlara malik olmadığını bildirmişdi.