Rusiyada silahlı insident baş verib, ölən və yaralananlar var

Rusiyada silahlı insident baş verib, ölən və yaralananlar var backend

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Lubyanka rayonunda yerləşən FTX-nin binası önündə bu gün axşam saatlarında naməlum şəxs odlu siladan atəş açıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir . Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata əsasən, odlu silahdan atəş açan şəxs zərərsizəşdirilib.

Qeyd edək ki, “Sputnik” yerli KİV-lər istinadən məlumat yayıb ki, silalı insident nətcəsində 3 nəfər öldürülüb.