Torpaqların satılması ilə bağlı qanun layihəsi qəbul olunarsa, Ukrayna böyük aclıq təhlükəsi ilə üz-üzə qalacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yuliya Timoşenko deyib.O bildirib ki, açıq bazar şəraitində kənd təsərrüfatı əraziləri sürətli şəkildə şirkət tərəfindən satın alınacaq.
Timoşenko belə qərarın ölkədə aclığa gətirib çıxaracağını əlavə edib:
“Biz – ukraynalılar olaraq torpaqsız, məhsulsuz qalacağıq. Madaqasqardakı kimi... Çünki Madaqasqar kimi ölkə də bu yolla getmişdi”.