Rusiya meylli separatçılar Donetsk vilayətinin Marinka şəhərində gedən döyüşləri videoya çəkərək sosial şəbəkədə yayıb. APA TV-nin məlumatına görə, hazırda Marinkada gərgin döyüşlər davam edir. Hər iki tərəf bir-birini vəziyyətin gərginləşməsində ittiham edir.
Ukrayna rəsmiləri iddia edirlər ki, Marinka şəhərini Rusiya meylli separatçılar atəşə tutur. "DXR" nümayəndələri isə Ukrayna ordusunun Marinkanı "Qrad" və ya "Uraqan" reaktiv sistemlər tərəfindən atəşə tutduğunu qeyd ediblər.Bundan bir gün əvvəl Donetsk regionunda tərəflər arasında ağır döyüşlər olub. Ukrayna tərəfi 5 əsgərinin öldüyünü, 39-nun yaralandığını bildirib. Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.