Hakerlər milyonlarla ABŞ dövlət qulluqçusunun fərdi məlumatını oğurlayıb

Hakerlər milyonlarla ABŞ dövlət qulluqçusunun fərdi məlumatını oğurlayıb backend

QAZİLER.AZ saytı Rabitə və Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ABŞ-ın dövlət idarələrində hazırkı və keçmiş federal qulluqçuların fərdi məlumatlarının kütləvi sızması baş verib. ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumatına görə, insidentin mayın əvvəlində naməlum şəxslərin informasiya kompüter sistemlərinə qanunsuz müdaxiləsi nəticəsində baş verməsi güman edilir.

“Federal Təhqiqatlar Bürosu araşdırmalar aparır və bunun nədən və nə üçün baş verməsini müəyyənləşdirmək niyyətindədir”, - MTA-nın bəyanatında deyilir. Ələ keçirilən xidməti məlumatlar mərkəzi nazirlik və idarələr üçün əməkdaşların seçilməsinə və onlara məxfi informasiyaya girişə icazənin verilməsinə cavabdeh olan federal idarədə saxlanılıb.

ABŞ rəsmi şəxsləri bildiriblər ki, məlumat sızması bütün hökumət strukturlarında çalışan 4 milyonadək insana şamil ola bilər. ABŞ federal məlumat bazasına kiberhücumun haradan edilməsini MTA açıqlamayıb, - TASS” yazır.
Diaspora