Parisdə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, prezidentlərin görüşü “Normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) sammitindən sonra başlayıb. Danışıqların təxminən 45 dəqiqə davam edəcəyi gözlənilir.Qeyd edək ki, Vladimir Putin və Vladimir Zelenski indiyədək rəsmi görüş keçirməyiblər. İki ölkə lideri arasında bir neçə dəfə telefon danışığı olub.