"Qondarma erməni soyqırımı iddiaları ilə bağlı ortaq bir komissiya yaradılsın və açıqlama verilsin, bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində keçirdiyi mətbuat konfransında qondarma erməni soyqırımı ilə bağlı sualı cavablandırarkən deyib.Çavuşoğlu bildirib ki, bu iş məsələ ilə bağlı məhdud bilikləri olan siyasətçilərin öhdəsinə deyil, tarixçilərin öhdəsinə buraxılmalıdır. "Siyasətçilərin məhdud biliklərlə və ya heç bir məlumatları olmadan, erməni lobbisinə əsaslanaraq qərar vermələri düzgün deyil. Bu səbəbdən də bu ihin tarixçilərin öhdəsinə buraxılmasını istəyirik. Cənab prezidentimiz Baş nazir olduğu vaxtlarda Ermənistana açıq məktub göndərmişdi. Gəlin ortaq komissiya yaradaq. Tarixçilər, elm adamları, hər kəs komissiyaya daxil olsun, arxivləri açaq. Üçüncü ölkələrdən də elm adamları gəlsin və o ölkələr də öz arxivlərini açsın", - deyə Türkiyənin xarici işlər deyib.