Rusiyanın Voronej vilayətində “Su 34” tipli bombardmançı təyyarə eniş edərkən qəzaya uğrayıb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.
“İyunun 4-də 16.30 radələrində “Su 34” tipli bombardmançı təyyarə Voronej vilayətində eniş edərkən təyyarənin əyləc paraşütü açılmayıb. Təyyarə eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb”, deyə məlumatda bildirilir.Bundan əvvəl Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult edilib. Qəzanın səbəbləri müəyyən edilənədək bu tip təyyarələrin uçuşuna müvəqqəti qadağa qoyulub.