Gürcüstanın Baş naziri Giorgi Qaxariya noyabrın 30-da Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ikinci hissəsinin açılış mərasimində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, G.Qaxariyanı bu tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.
Qeyd edək ki, açılış mərasimi Türkiyənin Ədirnə vilayətində keçiriləcək.