Gürcüstanda çeçenlər arasında atışma: ölən var

Gürcüstanda çeçenlər arasında atışma: ölən var backend

Gürcüstanın Axmeti rayonunun Sakobiane kəndində (Pankisi dərəsi) iki ailə arasında qarşıdurma olub.

Axar.az xəbər verir ki, Pankisi dərəsində kistinlər (etnik çeçenlər) arasında baş verən atışma nəticəsində 1 nəfər ölüb, dörd nəfər yaralanıb.

Mutoşvili və Kavtaraşvili ailələri arasında baş verən mübahisənin dəqiq səbəbləri hələlik məlum deyil. Amma bəzi məlumatlara görə, qanlı dava-dalaşa Pankisidə tikilməsi nəzərdə tutulan su elektrik stansiyası səbəb olub.

Münaqişə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.