Rusiya 2020-ci il üçün S-400-lərin siqnalını verdi - TÜRKİYƏYƏ ÜÇÜNCÜ TƏDARÜK...

Rusiya 2020-ci il üçün S-400-lərin siqnalını verdi - TÜRKİYƏYƏ ÜÇÜNCÜ TƏDARÜK... backend

Rusiya tərəfindən S-400 zenit-raket sistemlərinin üçüncü partiyasının Türkiyəyə tədarükü 2020-ci ilin ilk yarısında gerçəkləşəcəyi bildirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya Türkiyəyə bu il 2,5 milyard dollar 4 ədəd S-400 tədarük edib.

Razılaşmada daha bir ədəd S-400 tədarükü də yer alırdı. Rusiya Dövlət Müdafiə Sənayesi Şirkəti “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev Türkiyəylə S-400-lə bağlı yeni anlaşmanın 2020-ci ildə imzalanacağını söyləyib.

“Ancaq Türkiyə ilə hərbi-texniki sahədə olan əməkdaşlığımızın S-400-lərlə məhdud olmadığını vurğulamaq istəyirəm. Qarşıda böyük planlarımız var“-deyə Mixeyev vurğulayıb.