Rusiya prezidenti Vladimir Putin uşaqlıqda dövlət başçısı olacağını ağlına gətirmirmiş. O, məktəblilərlə görüşdə uşaqlıq arzusundan danışıb.
Bizimyol.info xəbər verir ki, Putin təyyarəçi və dənizçi olmaq istəyirmiş. Ölkə rəhbəri məktəblilərlə görüş zamanı bu haqda danışıb. Prezident Yaroslavldakı müxtəlif peşələrin ona uyğun olub-olmaması haqda çox düşündüyünü etiraf edib.
Dövlət başçısı deyib ki, valideynləri ilə uzun-uzadı müzakirələr aparırmış, hətta ciddi fikir ayrılığı da olurmuş: “Dəhlizdə gəzişirdim. Çox düşünürdüm. Çünki bu sənətlə bütün ömür boyu məşğul olacaqdım. Səhər işə gedəndə bundan zövq alacağam, ya yox. Sənə uyğun olanı tapmalısan”.
Putin görüş zamanı indiki gəncliyin ölkəni yeni səviyyəyə çatdırmağa qadir olduğunu bildirib.