ABŞ DSQ ilə Türkiyə arasında manevrə davam edəcək - Ekspert

ABŞ DSQ ilə Türkiyə arasında manevrə davam edəcək - Ekspert backend

ABŞ Türkiyə ilə Demokratik Suriya Qüvvələri arasında manevr etməyə davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib.

"DSQ əvvəllər Suriya ərazisinin 30 faizinə nəzarət edirdi. Kürd birləşmələrinin olmadığı bölgələrdə belə idarəetmə orqanları yaradılmışdı. İndi kürd birləşmələrinin nəzarəti altında olan ərazilər yalnız yaşadıqları bölgələrdən ibarətdir və bu əvvəlkindən daha azdır", - Yevseyev qeyd edib.

Yevseyev bildirib ki, DSQ olmadan ABŞ bölgəni nəzarətində saxlaya bilməyəcək. Bu səbəbdən amerikalılar Türkiyə ilə DSQ arasında manevr edəcək.