Fransanın sabiq prezidenti Nikolas Sarkozinin rəhbərliyi dövründə 1 nəfəri nazir olmaqla Yelisey sarayında müxtəlif yüksək vəzifələrdə çalışmış 6 nəfər saxlanılıb.
ANS PRESS-in məlumatına görə, saxlanılan şəxslər Yelisey sarayının büdcəsindən istifadə edib anket keçirərək ictimai qaynağı qeyri-leqal şəkildə xərcləməkdə ittiham olunurlar.Xatırladaq ki, saray büdcəsinin qeyri-leqal istifadəsi barədə iddialar ilk dəfə 2009-cu ildə ölkənin gündəminə gəlmişdi.
O zaman Dövlət şurası hesabatının nəticələrində 1.5 milyon avro məbləğində pulun tendersiz Sarkoziyə yaxın bir şirkətə verildiyi qeyd olunmuşdu.
Saxlanılanların; sabiq xarici işlər naziri Klod Qean, digər saray məmurları Ksavie Muska, Emanuel Miqnon, Jan Baptist de Forman, Jan Mişel Qoudard və Jülen Volpure olduqları bildirilir.
İstintaqı aparan müstəntiq həmçinin Yelisey sarayı ilə əməkdaşlıq edən 9 araşdırma şirkətinin fəaliyyətini də nəzarətə götürüb.