“Amnesty İnternational” ölənlərin sayı barədə yeni xəbər yaydı
“Reuters”in xəbərində deyilir ki, İranın vitse-prezidenti Eşaq Cahangiri şənbə günü bölgə ölkələrinə müraciətlə deyib ki, əgər İrandakı iğtişaşlarda onların əlinin olması təsdiqlənsə, həmin ölkələr bu müdaxiləyə görə ciddi çətinliklərlə üzləşəcəklər."Bölgədəki bəzi ölkələr bilməlidirlər ki, İranda iğtişaşlar yaratmağa çalışanlar özləri də pis günə düşəcəklər", İranın “Fars” xəbər agentliyinə istinadən edən “Reuters” vitse-prezidentin açıqlamasın yayıb.
İran rəsmiləri ölkədə yaşanan son çaxnaşmaları sürgündə olan bəzi qrupların və İranın xarici düşmənlərinin əli ilə həyata keçirildiyini iddia edir. Həmişə olduğu kimi, bu dəfə də rəsmi Tehran ABŞ, İsrail və Səudiyyə Ərəbistanını yanacaq qiymətindəki artımdan sonra iğtişaşları qızışdırmaqda günahlandırır.
“Reuters”in İranla bağlı yaydığı başqa bir xəbərdə isə bildirilir ki, “Amnesty İnternational” bəyan edib ki, İranın qərb əyalətində ən azı 30 adamın öldürülüb. Daha əvvəl isə 100-dən çox insan benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı qətlə yetirilmişdi. İran rəsmiləri isə “Amnesty İnternational” təşkliatının bu kimi iddiaların rədd edir və ölənlərin sayı ilə bağlı deyilənləri "spekulyativ" adlandırır.
“Reuters” agentliyi bildirir ki, bu iğtişaşlar 2009-cu ildə İranda baş vermiş "Yaşıl İnqilab"dan sonra ən böyüyüdür. O vaxt da bir neçə ay davam edən ixtisaslar zamanı xeyli insan öldürülmüşdü. (musavat.com)