Türk qoşunları Suriyada irəliləməyə davam edir

Türk qoşunları Suriyada irəliləməyə davam edir backend

Türkiyə ordusu “Barış bulağı” əməliyyatının quru döyüşü mərhələsində Suriyada Fərat çayından şərqə doğru hərəkətini davam etdirir.

APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyatda iştirak edən qəhrəman hərbçilərimiz Fərat çayından şərqə doğru irəliləməkdə davam edir”, - nazirliyin “Twitter”də yaydığı məlumatda belə deyilir.