Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib backend

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, uzun zamandır, xəstəlikdən əziyyət çəkən 1940-cı il təvəllüdlü Y. Büyükanıt bu gün səhər saatlarında evində ölüb.

Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib.

Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.